Gənc atıcımız Leyli Əliyeva Minsk şəhərində keçirilən II MDB Oyunlarında yenidən finala vəsiqə qazanıb. Azərbaycan Atıcılıq Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, atıcımız pnevmatik tapançadan 25 metr məsafəyə atəş növündə 567 bal toplayaraq ən yaxşılar arasında qərarlaşıb.
Məlumat üçün deyək ki, 2 gün əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəş üzrə rəqiblərinə qalib gələrək qızıl medala sahiblənib.
Elçin ABBASOV,
“Xalq qəzeti”