“WhatsApp” bizi dinləyib, yoxsa səhv edib?

post-img

Uzun müddətdir ki, proqramların və ya texnologiya istehsalçılarının insanların danışıqlarını dinləmələri və onların məlumatlarından istifadə iddiaları günəmdədir. Belə şayiələrdən biri də “WhatsApp” tətbiqi ilə bağlı yayılıb. 

İstifadəçilər iddia ediblər ki, “WhatsApp”dan istifadə etmədikləri müddətdə də proqram mikrofona daimi giriş edib. Bunun sübutları yayıldıqdan sonra proqramı kütləvi silmə kampaniyaları başlayıb. Bundan sonra İlon Mask tvitterdə “WhatsApp”ın etibarsız olduğunu yazıb. 

Lakin “Google” şirkəti bunun android əməliyyat sistemindəki səhv olduğunu açıqlayıb. Yəni məlumatların yalnış oxunması səbəbindən tətbiq məxfiliyi pozan göstəricilər və bildirişlər yaradır. Həmçinin şirkət bu cür çaşqınlığa səbəb olduğu üçün “WhatsApp”dan üzr istəyib və problemin sadə bir yeniləmə ilə aradan qaldırılacağını bildirib. 

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT