Jokeyimiz Fransada qalib oldu

post-img

Fransanın Jardin şəhərində  CDİ3* kateqoriyalı atçılıq idmanının  dresaj növü üzrə beynəlxalq yarışda  Azərbaycan təmsilçiləri Karina və  Aqata Zəhrabəyovalar uğurla çıxış  ediblər.

Almaniya, Fransa, Belçika, Böyük Britaniya, Niderland kimi 20-dən çox ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışa Aqata “RM Golden Showman”, Karina isə “Ein Stern” və “Delicato 2” atları ilə qatılıblar. Gərgin keçən mübarizədə Karina Zəhrabəyova həftəyə 74 faizdən çox xalla yekun vuraraq “Junior Freestyle” yarışının qalibi olub. Aqata Zəhrabəyova isə üç yarışda 70 faizdən çox xal toplayaraq ilk üçlükdə qərarlaşıb.

Tədbirin sonunda qaliblər pul mükafatı, medal və kuboklarla təltif ediliblər.

L.SABİRQIZI,
“Xalq qəzeti”

İdman