Ankara və Dəməşq münasibətləri normallaşdırmağa razılaşıblar

post-img

Suriya, Türkiyə və İran Astanada Suriya üzrə danışıqlar zamanı Rusiyanın Ankara və Dəməşq arasında münasibətlərin normallaşmasına yardım çərçivəsində təqdim etdiyi “yol xəritəsi” konsepsiyası ilə razılaşıblar. Bu barədə RF Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib. Məlumatı RİA “Novosti” yayıb. 

Lavrentyev deyib: “Münasibətlərin normallaşması prosesini irəli aparmaq üzrə “yol xəritəsi” konsepsipyası ilə ümumilikdə bütün tərəflər razılaşıb və öz təkliflərini veriblər. İndi onları sistemləşdirmək və razılaşdırmaq lazımdır”. 

Onun sözlərinə görə, razılaşdırma prosesi müəyyən vaxt ala bilər. Amma proses gedir və hamı razılaşıb ki, məsələni uzatmaq olmaz. 

“Anadolu”nun məlumatına görə, qarant ölkələr Suriyanın ərazi bütövlüyünə və qaçqınların öz evlərinə qayıtmasına dəstək ifadə ediblər. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

 

Dünya