Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 201 Bakı şəhəri, 20 iyun 2023-cü il

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyəti­nin geyim forması və fərqlənmə nişan­ları ilə təmin edilməsi Qaydalarının və normalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2016-cı il 10 mart tarixli 117 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Daxili İş­lər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydalarının və normala­rının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 117 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2016, № 4, maddə 785, № 11, maddə 1943) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respubli­kası Daxili İşlər Nazirliyinin rəis və sıra­vi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydaları”nın 6-cı, 10-cu hissələrində və 12-ci hissə­nin birinci, ikinci cümlələrində “Təchizat İdarəsi” sözləri “Maddi-Texniki Təminat Baş İdarəsi” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Azərbaycan Respublika­sı Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Norması” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun 

tarixli 201 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

 

3 nömrəli əlavə

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi

 

NORMASI

 

Sıra

№-si
Əşyaların adı
Bir nəfər üçün əşyanın miqdarı (norması)
İstifadə müddəti
Qeyd
1
2
3
4
5
1. Geyim forması
1.1.
Parad-çıxış furajkası
1 ədəd
5 il
1
1.2.
Gündəlik furajka
1 ədəd
1,5 il
2
1.3.
Parad-çıxış pilotkası
1 ədəd
5 il
3
1.4.
Gündəlik pilotka
1 ədəd
1,5 il
3
1.5.
Yay səhra furajkası
1 ədəd
2 il
 
1.6.
Səhra furajkası
1 ədəd
2 il
 
1.7.
Qış səhra papağı
1 ədəd
2 il
 
1.8.
Qış papağı
1 ədəd
2 il
 
1.9.
Gündəlik palto
1 ədəd
5 il
 
1.10.
İsti qış gödəkçəsi
1 ədəd
2 il
 
1.11.
Qış səhra gödəkçəsi
1 ədəd
3 il
4
1.12.
Plaş-palto
1 ədəd
4 il
5
1.13.
Parad-çıxış geyim 

forması
1 dəst
5 il
1
1.14.
Gündəlik geyim forması
1 dəst
1,5 il
6
1.15.
Yay şalvarı
1 ədəd
1 il
 
1.16.
Gündəlik şalvar
1 ədəd
1 il
7
1.17.
Yay yubkası
1 ədəd
1 il
 
1.18.
Gündəlik geyim forması 

(mont)
1 dəst
2 il
2
1.19.
Səhra kostyumu
1 dəst
2 il
8
1.20.
Plaş-örtük
1 ədəd
5 il
9
1.21.
Pulover
1 ədəd
2 il
 
1.22.
Motosikletçi kostyumu
2 dəst
2 il
10
1
2
3
4
5
1.23.
Motosikletçi dəbilqəsi
1 ədəd
5 il
11
1.24.
Yay örtüyü
1 ədəd
2 il
12
1.25.
İdman kostyumu
1 dəst
2 il
 
1.26.
Parad-çıxış forması üçün uzunqol köynək
1 ədəd
1 il
 
1.27.
Gündəlik geyim forması 

üçün uzunqol köynək
2 ədəd
2 il
2
1.28.
Qısaqol köynək
2 ədəd
2 il
2
1.29.
Parad-çıxış qalstuku
1 ədəd
1 il
 
1.30.
Gündəlik qalstuk
2 ədəd
1 il
13
1.31.
Parad-çıxış şərfi
1 ədəd
2 il
 
1.32.
Gündəlik şərf
1 ədəd
2 il
 
1.33.
Parad-çıxış əlcəyi
1 cüt
2 il
 
1.34.
Gündəlik əlcək
1 cüt
2 il
 
2. Alt paltarı
2.1.
Mayka
2 ədəd
1 il
 
2.2.
Səhra geyim maykası
2 ədəd
2 il
14
2.3.
Tuman
2 ədəd
1 il
 
2.4.
Corab
2 cüt
1 il
15
2.5.
İsti alt tumanı və 

köynəyi
1 dəst
2 il
 
3. Ayaqqabı
3.1.
Gündəlik ayaqqabı
1 cüt
1 il
16
3.2.
Qış çəkməsi
1 cüt
2 il
17
3.3.
Səhra çəkməsi
1 cüt
2 il
18
3.4.
Uzunboğaz çəkmə
1 cüt
2 il
3
3.5.
İdman ayaqqabısı
1 cüt
2 il
 
3.6.
Şap-şap
1 cüt
2 il
19
4. Ləvazimat
4.1.
Parad-çıxış kəməri
1 ədəd
15 il
20
4.2.
Akselbant
1 ədəd
15 il
20
4.3.
Şalvar üçün qayış
1 ədəd
3 il
21
4.4.
Xüsusi kəmər
1 dəst
4 il
21
4.5.
Fıştırıq
1 ədəd
5 il
 
5. Atribut
5.1.
Fərqlənmə nişanı
 
 
22
 

 

 

Qeydlər:

1.            Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademi-yasının kursantlarına 4 (dörd) il müddətinə verilir.

2. Bayır xidmətinin əməkdaşlarına 1 (bir) il müddətinə verilir.

3. Qadınlara verilir.

4. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara əlavə qış səhra gödəkçəsi 1 ədəd 2 (iki) il müddətinə verilir.

5. Böyük və orta rəis heyətinə verilir.

6. Qadınlara yubka ilə, bayır xidmətinin əməkdaşlarına 1 (bir) il müddətinə verilir.

7. Qadınlara və bayır xidmətinin əməkdaşlarına verilir.

8. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara əlavə səhra kostyumu 1 dəst 1 (bir) il müddətinə verilir.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, post-patrul, yol-patrul və ictimai təhlükəsizlik xidmətlərinin əməkdaşlarına verilir.

10. Motosiklet təhkim olunmuş əməkdaşlara 1 dəst yay, 1 dəst qış kostyumu verilir.

11. Motosiklet təhkim olunmuş əməkdaşlara verilir.

12. Post-patrul və yol-patrul xidmətlərinin əməkdaşlarına verilir.

13. Bayır xidmətinin əməkdaşlarına verilmir.

14. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara 1 (bir) il müddətinə verilir.

15. Qadınlara kapron corab, mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara əlavə 2 cüt isti corab verilir.

16. Bayır xidmətinin əməkdaşlarına 2 cüt verilir.

17. Əməliyyat şəraiti çətin olan dağ rayonlarının bayır xidmətinin əməkdaşlarına 1 (bir) il müddətinə verilir.

18. Mütəmadi təlimlərə cəlb olunan əməkdaşlara 2 cüt verilir.

19. Kursant və dinləyicilərə verilir.

20. Kursant və fəxri qarovula mərasimlərdə müvəqqəti istifadə üçün verilir.

21. Bayır xidmətinin əməkdaşlarına 2 (iki) il müddətinə verilir.

22. Fərqlənmə nişanları hər geyim formasına uyğun onun istifadə müddətinə verilir.

Nazirlər kabinetinin qərarları