Sinqapurda robot polislər iş başında

post-img

Sinqapurda polis patrul robotlarından istifadə edilməyə başlanılıb. Robotlar "Changi" hava limanında fəaliyyət göstərirlər.

Beş ildən çox keçirilən sınaqlardan sonra robot polisin müxtəlif yerlərdə istifadə ediləcəyi gözlənilir. Hər birinin boyu təxminən 1,7 metr olan robotlar hadisə zamanı əraziyə digər polis qruplarını çağırıb ətrafdakıları xəbərdar edə bilir.

Sinqapur Polis İdarəsindən beş ildən çox aparılan sınaqlardan sonra robot polisin xidmət edə biləcək səviyyəyə çatdığı bildirilib. 

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

 

İKT