Fransa prezidenti Emmanuel Makron Fransa–İtaliya SAMP/T hava hücumundan müdafiə sistemlərinin artıq Ukrayna ərazisində fəaliyyətə başladığını elan edib.
Makron Paris Aviasiya Sərgisində çıxışı zamanı SAMP/T sistemlərinin Ukraynada yerləşdirildiyindən dolayı məmnunluğunu bildirib: “Bu xəbəri italiyalı həmkarım Corc Meloni ilə birlikdə elan edə bildiyimə görə şadam. Hazırda Fransa–İtaliya SAMP/T hava hücumundan müdafiə sistemləri Ukraynada əsas obyektləri və insanların həyatını qoruyur”.
Qeyd edək ki, SAMP/T sisteminin Ukraynaya çatdırılması İtaliyanın Fransa ilə razılaşması əsasında bu ilin fevralında elan etdiyi altıncı hərbi yardım paketi çərçivəsində baş tutub.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"