Azərbaycanda təşkil olunacaq şahmat üzrə Dünya Kuboku günlərində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan Şahmat Federasiyası və Beynəlxalq Şahmat Federasiyasının Fair Play Komissiyası paytaxtımızda beynəlxalq seminar təşkil edəcək. İyulun 31-də başlayacaq seminarda iştirakçılar yarışların nəzəri və praktiki məsələləri barədə müzakirə aparacaqlar.
Seminarda FİDE Fair Play Komissiyasının rəhbəri Yuri Qarret də məruzəçi qismində çıxış edəcək.
Elçin ABBASOV,
"Xalq qəzeti"