WSJ: ABŞ Samsung və TSMC-yə mikroçip istehsalını Çində saxlamağa icazə verəcək

post-img

Co Bayden administrasiyası bəzi Cənubi Koreya və Tayvan yarımkeçirici istehsalçılarına Çindəki istehsal müəssisələrini saxlamağa və hətta genişləndirməyə icazə vermək niyyətindədir. Bu barədə “The Wall Street Journal” ticarət nazirinin sənaye və təhlükəsizlik üzrə müavini Alan Estevesə istinadən məlumat yayıb.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Bayden administrasiyası Çinə qarşı yeni sanksiyalar tətbiq edərək, Amerika şirkətlərinə və fiziki şəxslərinə ABŞ texnologiyalarından istifadə etməklə yaradılmış yarımkeçiriciləri ixrac lisenziyası almadan satmağı qadağan edib. Onlarla Çin şirkəti ABŞ rəsmiləri tərəfindən "qara siyahı"ya salınıb və onlarla ticarətə qadağa qoyulub.

Eyni zamanda, ABŞ eyni vaxtda bir neçə şirkətə Çinlə ticarət etmək icazəsi verir, onların arasında yarımkeçirici istehsalı sahəsində iki nəhəng - Cənubi Koreyanın Samsung və Tayvanın TSMC şirkəti var. İcazə bir il müddətinə verilir və 2023-cü ilin oktyabrında başa çatır. Qəzetin məlumatına görə, cənab Esteves, keçən həftə mikroçip sənayesinin nümayəndələri ilə görüş zamanı ABŞ səlahiyyətlilərinin "yaxın gələcək üçün" bu icazəni uzatmaq niyyətində olduğunu söyləyib.

WSJ-nin qeyd etdiyi kimi, son aylarda Çinlə ticarət müharibəsinin yenidən alovlandığını nəzərə alsaq, Estevezin açıqlamaları ABŞ-ın yarımkeçirici sənayesində bəzilərini çaşdırıb. Belə ki, bu ilin aprelində Çin Kibertəhlükəsizlik İdarəsi Amerikanın yarımkeçirici istehsalçısı "Micron Technology2yə qarşı təhqiqata başladığını elan edib və mayın sonunda kritik infrastrukturun yerli operatorlarına Amerika şirkətinin məhsullarını almağı yasaqlayıb.

S.ELAY,

"Xalq qəzeti"

İKT