Güləş üzrə milli komanda üzvləri yeni antidopinq qaydalarıyla tanış olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Güləş Federasiyası və Azərbaycan Milli Antidopinq Agentliyinin  birgə təşkilatçılığı ilə qadın güləşi üzrə milli komanda üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

Federasiyadan verilən məlumata görə, seminarın məqsədi idmanda ədalətli rəqabət prinsiplərinin təşviqi, təmiz idmanın dəyərlərinin təbliği və idmançıların sağlamlığının qorunması olub.

Mərasim 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tələbləri əsasında təşkil edilib. Seminar zamanı AMADA-nın Elm, tibb və təhsil şöbəsinin aparıcı mütəxəssisi Qüdrət Səfərov iştirakçılara qadağan olunmuş maddə və üsullar, idmançıların hüquq və öhdəlikləri, dopinq nəzarəti prosedurları, terapevtik istifadə üçün istisnalar (TUE), eləcə də antidopinq qayda pozuntularının nəticələri barədə ətraflı məlumat verib.

Sonda güləşçilərin sualları cavablandırılıb və testlər vasitəsilə praktiki biliklər təkmilləşdirilib.

Qabil YUSİFOĞLU
XQ

 



İdman