Azərbaycanın daha bir idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb. Milli Gimnastika Arenasında keçirilən turnirdə Aydın Əlizadə dayaqlı tullanmada 13,733 xalla 7-ci yeri tutub.
O bu göstərici ilə dünya finalında iştirak etmək hüququ qazanıb.
Xəbər verdiyimiz kimi, yarışların ilk günündə Nikita Simonov halqalar üzrə hərəkətlərdə, Dəniz Əlizadə dayaqlı tullanmada finala yüksəliblər.
Qeyd edək ki, 35 ölkə təmsilçilərinin mübarizə apardığı Dünya Kuboku martın 8-də başa çatacaq.
Qabil YUSİFOĞLU
XQ

