Futbol DÇ–2026-da yenilik

post-img

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) bu il keçiriləcək dünya çempionatında ofsayd qərarlarının daha dəqiq verilməsi üçün süni intellektdən istifadə edəcəyini açıqlayıb.

“The Athletic”in yaydığı məlumata görə, turnirdə iştirak edəcək bütün futbolçular üçün süni intellekt əsaslı 3D rəqəmsal modellər yaradılacaq. Bunun üçün oyunçular qısa müddətdə xüsusi skandan keçiriləcək və bədən ölçüləri dəqiq şəkildə qeydə alınacaq.

Yeni texnologiya sürətli epizodlarda və oyunçuların bir-birinin qarşısını kəsməsi nəticəsində görüntülərin aydın olmadığı hallarda ofsayd vəziyyətlərinin daha düzgün müəyyənləşdirilməsinə kömək edəcək. FIFA bu yeniliyin VAR tərəfindən verilən qərarların azarkeşlər və televiziya tamaşaçıları üçün daha aydın göstərilməsini təmin edəcəyini bildirib. Ofsayd qərarları yayım zamanı 3D görüntülərlə təqdim olunacaq.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ–2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman