Aİ-İordaniya sammiti başa çatıb

post-img

Brüssel və Əmman Fələstin və Suriya qaçqınları məsələsi ilə bağlı qeydləri müqayisə edərək, regional təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını təsdiqləyiblər. 

Məlumatı “Euronews” verib.  

Əmmanda ilk dəfə keçirilən Aİ-İordaniya sammiti başa çatıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının sədri António Kostanın təmsil etdiyi Avropa nümayəndə heyəti İordaniya kralı II Abdullah ilə görüşüb.

Aİ nümayəndələri 2 milyondan çox fələstinli qaçqını qəbul (əksəriyyəti 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra İordaniyaya gəlib-red.) etmiş İordaniyanı Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll variantı üzrə nizamlanmasında əsas tərəfdaş kimi gördüklərini təsdiqlədilər. 

Əmmanda keçirilən görüşdə António Kosta Brüsselin anklavda nizam-intizamı və idarəetməni bərpa etmək üçün Fələstin daxili təhlükəsizlik qüvvələrinin yaradılmasını dəstəkləməyə hazır olduğunu bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya