“Abşeron Lions” Avrokubokun qrup mərhələsində

post-img

“Abşeron Lions” basketbol komandası tarixində ilk dəfə Avropa Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb. Avrokuboklarda debüt edən Azərbaycan təmsilçisi I təsnifat mərhələsinin cavab oyununda Kiprdə “Anortosis” klubunun qonağı olub.

İlk matçda rəqibini 89:73 hesabı ilə üstələyən Bakı klubu cavab görüşündə uduzsa da (60:77), iki oyunun nəticəsinə əsasən, FIBA Avropa Kubokunun qrup mərhələsinə yüksəlib.

Qabil YUSİFOĞLU
XQ

İdman