“Qarabağ” UEFA sıralamasında

post-img

“Qarabağ” komandası Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda Danimarkanın “Kopenhagen” klubuna qarşı keçirdiyi oyunda 2:0 hesabı ilə qalib gələrək UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu “Köhlən atlar”ın kollektiv qələbə sayəsində ölkəmizin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (97.116) millisi başçılıq edir.

Qabil YUSİFOĞLU
XQ

İdman