Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan idmançıları 1/4 finala vəsiqə qazanıb.
50 kiloqram çəki dərəcəsində Bilalhəbaşi Nəzərov Kurt Makintireni (İrlandiya) üzərində inamlı qələbə qazanıb – 5:0. Boksçumuz növbəti görüşündə ukraynalı Maksim Şlyakov ilə üz-üzə gələcək. Görüş sabah baş tutacaq.
55 kiloqram çəkidəki təmsilçimiz Zidan Hümbətov isə Türkiyə idmançısı Ahmet Yılmazdan güclü olub. O, rəqibini 5:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Zidan oktyabrın 5-də italiyalı Saşa Menkaroni ilə döyüşəcək.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ