Badmintonçularımız dünya güclüləri sırasında

post-img

İlk dəfə Azərbaycanın 2 gənc badmintonçusu bu idman növü üzrə dünyanın 100 ən güclüsü sırasında yer alıb.

Ülvi Hüseynov və Həcər Nuriyeva Dünya Badminton Federasiyasının (BWF) açıqladığı reytinq siyahısında “Top-100”ə düşüblər.

Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan reytinq xalını 4050-yə çatdıran Ü.Hüseynov reytinqdə 63-cü yerə yüksəlib.

H.Nuriyeva isə 5800 xalla 47-ci yerdə qərarlaşıb.

L.AZAD
XQ

 

İdman