“Araz-Naxçıvan” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə”ni məğlub edib.
Naxçıvan təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Bernardo Dias 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Tərəflər arasındakı cavab qarşılaşması fevralın 28-də Zirə İdman Komleksində olacaq. Qeyd edək ki, ötən gün “Neftçi” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. “Sabah” – “Sumqayıt” matçında isə hesab açılmayıb.
L.AZAD
XQ