Bakıda yorğa atların ölkə çempionatına start verilib

post-img

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda yorğa atların ölkə çempionatına start verilib.

Binə Atçılıq Mərkəzinin cıdır meydanında təşkil olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən 50-dək yorğa at mübarizə aparır.

Çempionatda Azərbaycanın müxtəlif regionlarında doğulan yerli yorğa atlar 8 müxtəlif kateqoriyada və məsafədə yarışırlar.

Bu gün, həmçinin yorğa atların çempionatı ilə yanaşı, cıdır mövsümünün bağlanışı ilə əlaqədar əlavə yarışlar da keçiriləcək. 4 qaçışdan ibarət yarışlar Qarabağ, Dilbaz və ingilis atlarının iştirakı ilə reallaşacaq. Hər iki yarışın sonunda qaliblərə diplom, kubok və müxtəlif mükafatlar təqdim olunacaq.

İdman