Plovdivdə gümüş medal

post-img

Azərbaycan velosipedçisi Tural İsrafilov Bolqarıstanın Plovdiv şəhərində keçirilən I Balkan çempionatında uğurla çıxış edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, yarışda gümüş medal qazanıb.

İdmançı medalı 10 kilometr məsafədə velosipedin skretç yarışlarında əldə edib.

L.AZAD
XQ

İdman