Cüdoçularımız 3 medal qazanıblar

post-img

Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında cüdo yarışlarına start verilib.

Yarışın ilk günündə Azərbaycanın iki cüdoçusu finala yüksəlib.

50 kiloqram çəki dərəcəsində çıxış edən Anar Quliyev və Məhəmməd Rüstəmli yarımfinalda rəqiblərinə qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıblar. Anar Quliyev komanda yoldaşı Məhəmməd Rüstəmliyə qalib gələrək qızıl medal qazanıb.

Rüstəm Qasımzadə (55 kq) isə bürünc medala sahib olub.

Qeyd edək ki, Azərbaycan oyunlarda qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur. Cüdo yarışlarına oktyabrın 26-da yekun vurulacaq.

L.AZAD
XQ

 

İdman