Gürcüstanda səsvermənin ilk saatlarında seçici fəallığı 10 faizə yaxın olub

post-img

Gürcüstanda keçirilən parlament seçkilərində səsvermənin ilk iki saatında seçici fəallığı 9,27 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan MSK məlumat yayıb.

Bildirilir ki, artıq 324 min 197 nəfər səs verib.

Qeyd edək ki, Gürcüstanda 3 milyon 508 min 294 seçici var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Dünya