Veteran güləşçilərimizdən 4 medal

post-img

Oktyabrın 8-dən 13-dək Xorvatiyanın Poreç şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.

Mundialda Azərbaycanın 4 təmsilçisi fəxri kürsüyə qalxıb. A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kq) və Elçin Həsənov (70 kq), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kq) bürünc medal qazanıb. C kateqoriyasında isə Cəlal Abdulov (130 kq) dünya üçüncüsü olub.

Mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyub. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib. 

Leyla QURBANOVA 
XQ

İdman