Avropa çempionatı: Boksçumuz azı “bürünc”ü təmin edib

post-img

Azərbaycan boksçusu Marjona Savriyeva (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

1/4 finaldan mübarizəyə başlayan idmançı Nili Brukla (Şotlandiya) üz-üzə gəlib. Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan M.Savriyeva yarımfinala vəsiqə qazanmaqla, özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, idmançı oktyabrın 17-də yarımfinalda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.

Leyla QURBANOVA 
XQ

İdman