Gənc gimnastlarımızın dünya qızılı

post-img

Portuqaliyanın Gimaraeş şəhərində akrobatika gimnas­tikası üzrə yaş qrupları yarışları çərçivəsində gənclər arasın­da Dünya çempionatında təmsilçilərimiz fərqləniblər. 

13 – 19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zey­niyeva, Zöhrə Rəşidova və Anahitə Bəşiridən ibarət Azərbaycan qadın qrupu finalda da inamla çıxış edib. Gimnastlarımız həlledici mərhələdə rəqiblərini üstələyərək 1-ci yeri tutublar. 

L.AZAD
XQ

İdman