İDMAN Olimpiya çempionu olan cüdoçumuz mükafatlandırılıb, Parisdə 2-ci dəfə Dövlət Himnimiz səsləndirilib

post-img

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev mükafatlandırılıb.

100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımıza qızıl medal təqdim olunub.

Olimpiya çempionumuzun şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər cüdoçusu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

XQ

İdman