Türk əzmkarlığı hollandların  “çevriliş”inə mane ola bilmədi

post-img

Ötən şənbə İngiltərə–İsveçrə və Hollandiya–Türkiyə matçları ilə Avropa çempionatının ¼ final matçlarına yekun vuruldu. Amma futbol ictimaiyyəti bu iki cütlüyün oyunu haqqında müzakirələri bu gün də davam etdirməkdədir. Əlbəttə, İspaniya–Almaniya matçının bütün Avro-2024-ün hazırki turunda kəskin fərqlənəcəyi əvvəlcədən bəlli idi. Həm gərginlik səviyyəsi baxımından, həm də Avro-2024-ün ən parlaq iki komandasının meydanda göstərdikləri performans baxımından. Amma  həqiqi futbol azarkeşləri Portuqaliya–Fransa qarşılaşmasında Kriştiano Ronaldo və Mbappenin möhtəşəm oyun sərgiləyəcəklərinə ümid etsələr də, arzu olunan oyunu görmədilər.  Elə İngiltərənin də İsveçrə ilə oyunda turnirdə qalmaq üçün dərhal tam gücü ilə işə düşəcəyini deyirdilər. Bu da proqnozları doğruldan oyun olmadı. Amma Hollandiya və Türkiyə matçının neytral azarkeşləri belə məyus etməyəcəyinə şübhə yox idi. Çünki bu rəqiblərin Dünya Çempionatı-2022-nin seçmə mərhələsindəki görüşləri  (6:1, 2:4) iyulun 6-da keçirilən matç üçün yaxşı anons olmuşdu. İndi isə turun son matçlarının şərhinə keçək. 

Sautgeyti İngiltərə millisində 100-cü matçında taktiki inqilabı xilas etdi. Dünya futbolunun ən çox tənqid edilən adamı uzun müddətdən sonra İsveçrəyə qarşı oyunda ilk dəfə üç mərkəz müdafiəçisi sisteminə keçdi. Diskvalifikasiya olunmuş Qexini ilk üçlükdə Konsa əvəz etdi. İrəlicədən bunu görmək çətin deyildi, lakin cinahlarda bir az intriqa var idi. Nəticədə sağ ayağı işlək olanTrippier sol yan xəttdə qaldı, sağ tərəf isə tamamilə Sakaya verildi.

Əslində, ingilislər İsveçrənin taktikasını olduğu kimi təkrarlamışdılar. İtaliya ilə oyun Yakını o qədər qane etmişdi ki, hətta diskvalifikasiyasını başa vurmuş Vidmeri də heyətə qaytarmadı və Rayderi sağ cinaha qoydu.

İsveçrənin planı son dərəcə sadə idi – topu ingilislərə vermək və onları meydanın  özlərinə aid olan yarıya çəkmək, bununla da rəqibi aramsız mövqe hücumuna cəlb etmək. Bu mənasız ötürmələrə qarşı durmaq o qədər də çətin deyildi, ancaq topu əldə keçirib dərhal əks-hücum keçmək mümkün idi. İlk dəqiqələrdə isveçrəlilər bunu yaxşı bacardılar. Amma qol imkanları yox idi. Qola yaxın vəziyyətlər isə yarada bilirdilər. İngiltərə millisi ilə qarşılaşmalarda isə belə məqamları dəyərləndirməyi bacarmalısan.

Bu oyundan hansısa atəşfəşanlıq gözləyən ən sadəlövh optimistlər belə, 30-cu dəqiqədə təslim oldular. Bu, İngiltərənin vurduğu künc zərbəsindən sonra oldu və nəticədə top... qapıçı Pikfordun üstünə getdi. Bundan sonra oyun tamamilə dayandı: rəqiblər meydanda bir-birinə boşluq yaratmağa imkan vermədilər və bütün mövqe hücumları cəhdləri yalnız mənasız zərbələrlə nəticələndi. İngiltərədə fərqlənən yeganə oyunçu Saka idi. O, cinahda dəfələrlə Ebişeri çevikliyi ilə dolaşdırmağı və keçməyi bacarırdı, lakin İsveçrənın  sığortalamaları uğurla  işlədi. Ebişerin diqqətini müdafiəyə yönəltmək məcburiyyətində qalması səbəbindən İsveçrə hücumda çox zəif görünürdü. İlk hissədə komandalar birləşərək, qolun üçdə birinə ancaq yaxın oldular.  Hədəfə heç bir zərbə yox idi və fasiləyə qədər tabloda hesab dəyişmədi. Bununla belə, ingilislər özlərindən razı qala bilərdilər: tribunalar onları soyunub-geyinmə otağına fitlə yola salmadılar! 

Bu matçda hədəfə ilk zərbə 51-ci dəqiqədə endirildi. Embolo Konsanın arxasından topu Pikfordun əlinə yuvarladı. 60-cı dəqiqəyə yaxınlaşanda tamaşaçı zarafatları səsləndi: “Matçın ortasına çatdıq”. Çünki əlavə yarım saat qaçılmaz idi. Bu vaxt İsveçrə daha yaxşı görünürdü: uzun müddət oyun meydanın İngiltərəyə aid hissəsində keçdi.  Bu matçın standartlarına görə, Yakının komandasının hücumları kifayət qədər kəskin idi. Hər dəqiqə vəziyyət getdikcə Soutgeytin müdaxiləsini tələb edirdi, çünki oyun ingilis ssenarisinə uyğun getmirdi. Saka tamamilə yoxa çıxmışdı,  Keyni isə yalnız öz qapısı qarşısında tapmaq mümkün oldu, çünki o, müdafiəçilərə kömək etmək məcburiyyətində idi.

Elə bu səbəblərdən İsveçrənin sona 15 dəqiqə qalmış vurduğu qol tamamilə məntiqli görünürdü. Hücumu, gizli ötürmə ilə Ndoyeni cərimə meydançasında tapan mərkəz müdafiəçi Çer başladı. Oradan rəqib qapısı qarşısına uzaq hava ötürməsi gəldi və Embolo onu qola çevirdi. Sautgeyt dərhal üçlü əvəzetmə ilə buna reaksiya verdi, lakin əvəzedicilərin təsirinə ehtiyac olmadı, çünki  Saka artıq ayılmışdı. Onun əsas göstəricisinə çevrilmiş topla  manevri işə yaradı – cinahdan sıyrılaraq sol ayağı ilə uzaq küncə zərbə endirdi. Slovaklarla oyunda olduğu kimi, ingilislər hədəfə ilk zərbələri ilə qol vurdular. Bu beş dəqiqəlik partlayışdan sonra ingilislər sankı oyandılar. Lakin bu, oyunu qaçılmaz əlavə 30 dəqiqədən xilas edə bilmədi. Əlavə vaxtda üç məqam diqqət çəkdi – Raysın uzaq məsafədən həfə zərbəsi, Keynin Toni ilə əvəzləməsi və Şaqirinin küncdən qapı tirinə vurduğu qola yaxın zərbə. Penaltilər seriyası qaçılmaz oldu.

İngiltərə tarixən penaltilər seriyasında heç vaxt yaxşı təsir bağışlamayıb, bunu hamı bilir. Amma Sautgeyt və Pikfordun dövründə müsbət tendensiya var: Rusiyada keçirilən dünya çempionatında kolumbiyalılar, bir ildən sonra isə Millətlər Liqasında isveçrəlilər üzərində qələbəyə penaltilər seriyasında nail olmuşdular. Amma bundan əvvəlki avronun finalında İtaliyaya bu seriyada məğlub olmuşdular. Bu dəfə Pikford komandasını xilas etdi – Akanjinin zərbəsini aldı və bu, yarımfinala ayaq qoymağa kifayət etdi. 

Azarkeşlər Saugeyti  iblisləşdirməyə və komandasının oynunu tənqid etməyə davam edə bilərlər. Ancaq İngiltərə millisi onun sayəsində Avropa çempionatının  finalına doğru əzmlə irəliləməkdə davam edir. Buna isə cəmi bir addım qalır. 

 “Akınçı”ların qələbə əzmli məğlubiyyəti

İngiltərədən fərqli olaaq Türkiyə finala doğru yolunu davam etdirməyi bacarmadı. Onun Avropa çempionluğu yolundakı hekayəsi Hollandiya ilə matçda qırıldı. Bu,  necə baş verdi?

Hollandiya və Türkiyə bu matça böyük ümidlər bəsləyirdi. Çünki hər iki komanda son 16 ildə ilk dəfə idi Avropa çempionatının 1/4 finalına yüksəlmişdi. Ona görə də Ronald Kuman futbolçularını topu saxlamağa və ilkin mərhələdə daha diqqətli davranmağa çağırırdı. Düzdür, narıncılar artıq ilk dəqiqədə önə keçə bilərdi, lakin Memfis Depay münasib mövqedən qapı tirindən çox yuxarı zərbə endirdi.

Türkiyə millisi 1/4 finala qədər avstriyalılarla oyunda dublun müəllifi Merih Dəmiral da daxil olmaqla 3 futbolçusunu diskvalifikasiyaya görə itirmişdi. Elə görünürdü ki, UEFA Vinçenso Montellanı müdafiənin mərkəzinə kimi qoymaqla bağlı ağrılı sualdan xilas edib. Digər tərəfdən, yaxşı gündə üç belə futbolçuya bərabər olan Hakan Çalhanoğlu qadağadan sonra sıraya qayıtmışdı. İtaliyalı baş məşqçi Vinçenso Montella taktiki sxemi dəyişmədi – türklər yenə 5–4–1 düzülüşü ilə oynadı. Amma Arda Gülər “yalançı doqquzluq” rolunda yox, sağ cinah yarımmüdafiəçisi kimi  meydana çıxdı. Çevik ayaqlı Barış Yılmaz öndə idi. Bir neçə dəqiqədən sonra onlar yerlərini dəyişdilər. Gülər, deyəsən, müdafiədəki rolunu tam başa düşmürdü, ən azından, Montella görüş əsnasında tərcüməçi vasitəsilə yeniyetmə ulduza nəyisə izah etməyə məcbur oldu. Amma sonra Gülər yenidən sağ tərəfə keçdi və oyun zamanı azad bir sənətçi kimi bəzən müdafiəçilərinin köməyinə belə getdi. 

Artıq oyunun belə sürətli başlanğıcı bu 1/4 finalın İngiltərə–İsveçrə oyunundan daha baxımlı və maraqlı olacağını vəd edirdi. Hollandiya topa və ərazi üstünlüyünə sahib idi. Lakin onlar türk “akınçı”larının sıx müdafiəsini yarmağa açar tapa bilmirdilər. 35-ci dəqiqəyə kimi rəqiblər hədəfə bir dəfə də olsun zərbə endirmədilər.

Yavaş-yavaş türklər öz oyunlarını tapmağa başladılar. Rəqibi məharətlə boşluqlardan məhrum etdilər, bu da narıncıların kombinasiyalarını uğurlu inkişaf etdirməyə mane oldu. Eyni zamanda, Vinçenso Montellanın yetirmələri Avstriya ilə 1/8 final matçında ustalıqla istifadə etdikləri standart vəziyyətlərlə Hollandiyanı hədələyərək, nəhayət künc zərbəsindən sonra hesabı açıdılar. Rəqibin qapısı önündən qayıdan topu ələ keçirən Arda Gülər hava ötürməsi ilə onu uzaq dirəyə tərəf  göndərdi, Səməd Akaydın başı ilə tora qovuşdurdu. Millidə ilk qolunu vuran Akaydın, deyəsən, müdafiəçi-bombardmançı Dəmiraldan estafeti almışdı. Berlindəki stadion “Türkiyə!” “Türkiyə!”  “Türkiyə!” sədaları altında lərzəyə gəldi. 

Belə şəraitdə pley-offda oyunda geri dönüş etmək olduqca çətindir. Bunu yaxşı bilən Kuman oturduğu məşqçi skamyasından meydandakı oyunçularına qəzəblə baxırdı. Onun oyunçuları topu sağa-sola qovsalar da, rəqibi meydanda çaşqın qoymaqda aciz idilər. Oyunun sürəti türklərə sərf edirdi. Fasiləyə qədər hollandlar qapıya cəmi dörd zərbə endirdilər,  hədəfə vurulan yeganə zərbə isə Akaydının qolu oldu. Hətta rəqibin cərimə meydançasında topa toxunma statistikasına görə belə, Hollandiya Türkiyədən üstün deyildi – 9:9.

Montella matç ərəfəsində gənc futbolçularının emosiyalarını cilovlamalı olduğunu vurğulamışdı və birinci hissənin sonuna qədər türklər əsəbi hollandlardan qat-qat səfərbər görünürdülər.  Fasilə Kumana  komandasını silkələmək üçün yaxşı fürsət idi.  Baş məşqçi öz nəhəngini ehtiyat oyunçular skamyasından qaldırdı.  Bir vaxtlar Türkiyə çempionatında altı ay icarə əsasında çıxış edən, boyu, az qala, iki metrə çatan Vaut Verqhorst oyuna girər-girməz Türkiyənin müdafiəsində ciddi gərginlik yaratdı.Onun meydanda görünməyi artıq hollandların ikinci yarıda kəskin hücum futbolu oynayacağına birbaşa işarə idi.

Buna baxmayaraq,  daha bir məqamda türklər üstünlüyü artıra bilərdilər. Əvvəlcə Arda Gülərin vurduğu güclü cərimə zərbəsi dirəyə dəydi, daha sonra Bart Verbruggen Kənan Yıldızın zərbəsini dəf etdikdən sonra Verqhorst möcüzəvi şəkildə Kaan Ayhanın topu qapıya itələməsinin qarşısını aldı. Türklər, əsasən, Yılmazın hesabına əks hücumla keçirdilər. "Qalatasaray"ın forvardı o qədər tez-tez hücuma şığıyırdı ki, sanki o, sadəcə ”enerjidayzer” idi! Barış Virgil van Deykə cəhənnəm əzab verdi və sonda sarı vərəqə ilə “Liverpul”un ulduzunu ehtiyat oyunçular skameyasına oturtdu. Bununla belə, Kumanın “sistematik təzyiq” adlandıra biləcəyi vastə öz bəhrəsini verdi. Hollandiya da künc zərbəsi nəticəsində geri dönüş etdi. Depay sağ cinahdan yürüş edərək ötürmə etdi və 11 metrlik cərimə nöqtəsi yaxınlığında diqqətdən yayınan Stefan de Vriy topu başla Mertin qapısına vurdu – 1:1.

Narıncılar göstərdilər ki, onlar da standartları məharətlə yerinə yetirməyi bacarırlar. Altı dəqiqə sonra, Denzel Dumfrisin vurduğu zərbədən sonra  Mert Müldur Kodi Gakponun təzyiqi altında topu öz qapısına vurdu. Bu Avro-2024-də artıq 10-cu avtoqol oldu. Ötən çempionatdakı rekordu təkrarlamaq üçün 1 qol çatmır.  

Oyunun sonluğuna görə türklər, həqiqətən, böyük hörmətə layiq oyun nümayiş etdirdilər. Altı dəqiqə ərzində hesabda  1:2 geri düşəndən sonra,  ümidsiz olmayın və adına çox layiqli olan Hollandiya müdafiəsinə qarşı o qədər çox şans yaratdılar ki, az qala, əlavə vaxta keçid edəcəkdilər. Meydana çıxan ehtiyat oyunçulardan Miki van de Ven son anda Zeki Çelikin zərbəsini dəf etdi, əsas vaxtda isə Verbrugger Semih Kılıçsoyun “ölümcül” zərbəsini dəf etdi. Bəzi məqamlarda oyunu xilas edən qapıçı Verbruggen, bəzilərində müdafiəçilər oldu, amma bəxt də az rol oynamadı. Qaliblərdən hansı bunsuz keçinməyi bacarır ki? 

Beləliklə, türklər öz qapılarına həddən çox sıxıldıqları üçün cəzalandırıldılar. “Akınçı”lar özlərini müdafiə edirdilər.  Hollandlar rəqibə bu zəifliyi bağışlamadılar və ilk qolu buraxdıqdan sonra özlərinə gəlməmiş türklərin qapısına ikinci qolu vurub son nöqtəni qoydular. İndi narıncıların növbəti dayanacağı çərşənbə günü Dortmundda İngiltərə ilə yarımfinal oyunu olacaq.

Səhifəni hazırladı: 
İlqar RÜSTƏMOV 
XQ

 





İdman