Hollandiya–Türkiyə matçını Berlində birbaşa tribunadan izləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan millinin məğlub olmasına baxmayaraq, oyundan sonra soyunub-geyinmə otağına gedib və futbolçulara əzmkar oyunlarına görə təşəkkür edib. Prezident UEFA-nın Merih Dəmiralın diskvalifikasiyasına sərt tənqidi münasibətini də gizlətməyərək deyib:
– Qərbin mentalitet nöqteyi-nəzərindən bizə yanaşması dəyişməyib, hissləri hələ də eynidir. Dəmiralın diskvalifikasiyası ilkin olaraq razılaşdırılıb. Bu cəza Merih üçün deyil, əslində, bu, bir millət olaraq Türkiyə üçün bir cəzadır. Düzünü desəm, Dəmiralın diskvalifikasiyası Avropa çempionatına ciddi kölgə saldı.