Merih cəzalana bilər

post-img

UEFA türkiyəli müdafiəçi Merih Demiralın Avstriya millisi ilə Avropa çempionatının 1/8 finalında vurduğu qolun bayram edilməsi ilə bağlı araşdırmaya başla­yıb. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Türkiyəli müdafiəçi qolu qeyd edərkən guya, “Boz qurd” təşkilatının türk millətçilərinin jestindən istifadə edib. 

Türkiyəli jurnalist Yağız Sabuncuoğlu X sosial şə­bəkəsində Demiraldan sitat gətirirək yazır: “Mənim fikrim var idi ki, qolumu türklüklə bağlı bir üslubda qeyd edim. Mən türk olduğum üçün fəxr edirəm, ona görə də qoldan sonra bunu etməli olduğumu hiss etdim. Bunu bacardı­ğım üçün şadam”.

İdman