Taekvondoçularımız 2 medal qazanıblar

post-img

Belqradda keçirilən Serbiya açıq çem­pionatında Azərbaycan taekvondoçuları 2 medal qazanıblar.

Komandamızın üzvlərindən G2 kateqo­riyalı turnirdə Taleh Süleymanov (+87 kq) gümüş medal alıb. Səyyad Dadaşov (54 kq) isə bürünc medala sahib olub.

Leyla SABİRQIZI
XQ

İdman