Bakıda paytaxt rayonlarını əhatə edən məhəllələrarası minifutbol turniri başlayıb.
Yarışlar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında keçirilir. Olimpiya sistemi üzrə, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda, ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edir.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulacaq.
Leyla SABİRQIZI
XQ