“Paris–2024”ün məşəli alovlandırıldı

post-img

Parisdə Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəyə görə, məşəl antik Yunanıstanda oyunlara evsahibliyi edən Hera məbədində yandırılıb. 

Olimpiya məşəli Akropoldan Fransa Polineziyasına qədər səyahət edərək iyulun 26-da Parisdə Oyunların açılış mərasiminə çatdırılacaq. 

Tədbirdə Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu, Bey­nəlxalq Olimpiya Komitəsinin prezidenti To­mas Bax, Yunanıstan Milli Olimpiya Komitə­sinin rəhbəri Spiros Kapralos və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimlə Olimpiya Oyunlarının startına gerisayım başlayıb.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Leyla SABİRQIZI
XQ

İdman