Ərdoğan: Türkiyə Qəzzaya ən çox yardım göndərən ölkədir

post-img

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclası başa çatdıqdan sonra açıqlama verərək, martın 31-də ölkədə keçirilmiş yerli seçkilərə toxunub. Dövlət başçısı qeyd edib ki, bəzi neqativ kampaniyalara baxmayaraq, öz yetkinliyini, gücünü və səriştəsini bir daha təkzibedilməz şəkildə sübut edən Türkiyə demokratiyası bu seçki prosesinin ən böyük qalibidir. 

“Anadolu”nun məlumatına görə, Ərdoğan Türkiyənin bütün dünyaya nümunə olacaq bir yetkinliklə müntəzəm seçkilər keçirdiyini bəyan edib.

Prezident vurğulayıb ki, hökumətin diqqəti iqtisadiyyat, təhlükəsizlik sahələrində aktual problemlərin həllinə, zəlzələlərin nəticələrinin aradan qaldırılmasına, hüquq və azadlıqların təmin edilməsinə, o cümlədən terrorizmə qarşı mübarizəyə yönəlib.

Onun sözlərinə görə, Türkiyə çərşənbə axşamı Qəzzaya 3 774 ton humanitar yardım daşıyan 9-cu gəmini göndərib: “Türkiyə Qəzzaya ən böyük humanitar yardım göstərən ölkə kimi mövqeyini möhkəmləndirib”.

 

P.ƏMİRCANOV

XQ

Dünya