UEFA AFFA-nı cərimələdi

post-img

UEFA Azərbaycanın əsas millisinə görə AFFA-nı cərimələyib.

Buna səbəb komandamızın 5 üzvünün evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələdəki oyunda aldığı sarı vərəqə olub. Bu­nun üçün də UEFA-ya 6 min avro ödənməlidir.

Xatırladaq ki, Azərbaycan–Avstriya görü­şü rəqib komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin matçda millimizin üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayra­mov, Şahrudin Məhəmmədəliyev və Ramil Şey­dayev sarı vərəqə ilə cəzalandırılıb. 

Leyla SABİRQIZI
XQ

İdman