Millimizin oyunlarını kimlər idarə edəcək?

post-img

Qadın futbolçulardan ibarət millimizin Millətlər Liqası çərçivəsində Kipr və Farer adaları yığmasına qarşı keçirəcək oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. 

Dekabrın 1-də “Limassol” stadionda keçi­riləcək Kipr – Azərbaycan oyununu Belçikadan, dekabrın 5-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Farer adaları qarşılaşmasını isə İsveçdən olan hakimlər briqadası idarə edəcək. Kipr – Azərbaycan matçında baş hakim Caroline Lanssens, köməkçiləri İrmgard Van Meirvenne, Margot Jacobs, 4-cü hakim isə Jana Van Laere olacaq. 

Azərbaycan – Farer adaları matçında əsas hakim Lovisa Johanssona olacaq. Kamilla Sten­dal və Jilan Taher ona kömək edəcəklər. 4-cü hakim qismində isə Maral Mirzai Beni çıxış edə­cək.

Leyla SABİRQIZI 
XQ

İdman