Azərbaycan idmançısı Eduard Məmmədov Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında uğurla çıxış edib.
“Master class” kateqoriyasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həm “light contact”, həm də “kick light” versiyaları üzrə qızıl medal qazanıb.
Bununla da idmançımız WAKO versiyası üzrə 8-ci, ümumilikdə isə 28-ci dəfə dünya çempionu adını qazanıb.
Leyla SABİRQIZI
XQ

