Ən güclü tələbə güləşçilər

post-img

Ali təhsil müəssisələrinin tələbələri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş XV Respublika Universiadası başa çatıb. 

7 idman növü üzrə keçirilən yarışda güləşçilər arasında da ən güclülər müəyyənləşib. Kişilər arasında sərbəst güləş yarışlarında 6 komanda iştirak edib. Yekun nəticələrə görə, Azərbaycan Memarlıq və İnşaat Universiteti yarışın qalibi olub. Azərbaycan Texniki Universiteti gümüş, Azərbaycan Dövlət İqtisad Universiteti isə bürünc medala layiq görülüblər.

Yunan-roma güləşində isə Azərbaycan Memarlıq və İnşaat Universiteti birinci, Azərbaycan Dövlət İqtisad Universiteti ikinci, Azərbaycan Texniki Universiteti üçüncü yerdə qərarlaşıblar. 

Leyla SABİRQIZI 
XQ

 

İdman