Gimnastımız bürünc medal qazanıb

post-img

Azərbaycan gimnastı Aleksey Karataşov batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında uğurla çıxış edib.

Böyük Britaniyanın Birminqem şəhərində keçirilən turnirdə təmsilçimiz tamblinq növündə bürünc medal qazanıb. Milli tamblinq üzrə yarışlarda 3 gimnastla (Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev) təmsil olunub.

Qeyd edək ki, turnir noyabrın 19-dək davam edəcək. 

Leyla SABİRQIZI 
XQ

 

İdman