Azərbaycan millisinin 5 üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Qadın boksçumuz Marjona Savriyevadan (50 kq) sonra daha 4 dəri əlcək ustası yarımfinala yüksəlməklə minimum bürünc mükafatı təmin edib. Belə ki, Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Əzrək Bəbirov (57 kq), Murad Allahverdiyev (80 kq) final uğrunda mübarizə aparacaqlar.
Leyla SABİRQIZI
XQ