Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 9-12°, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.
Q. Qasımov
XQ