Şabalıdın bişmişi – cana məlhəmdir beşi

post-img

Şabalıd A, D, E, B qrupu vitaminlər, fosfor, dəmir, kalsium, kalium kimi minerallar, qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir. 

Dietoloqlar müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu, orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Hər gün 5 şabalıd yeməyin faydaları:

1. Damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinə kömək edir.

2. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır və təmizləyir.

3. Ürək üçün çox xeyri var – fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır. 

4. Sinir sistemi üçün faydalıdır, stress və depressiyadan qoruyur.

5. Qanda xolesterolun səviyyəsini aşağı salır.

6. Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, piylənmə riskini aşağı salır.

7. Həzm və mübadilə proseslərini nizamlayır.

Məhz bu faydalarına görə qida menyusuna şabalıd əlavə etmək lazımdır. Onun çərtilərək istər suda, közdə, istərsə də, sobada bişmişi orqanizmə eyni faydalı təsir göstərir. 

 

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat