Qadın boksçumuz Avropa yarımfinalında

post-img

Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib. 

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində 50 kiloqram çəkidə mübarizə aparan təmsilçimiz 1/4 finalda İrina Vinaradavanı (Belarus) 3:0  hesabı ilə məğlub edib. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz final uğrunda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Qarşılaşma noyabrın 17-də olacaq. 

Leyla SABİRQIZI 
XQ

 

İdman