Bakıda “Olimpiya günü”

post-img

Beynəlxalq “Olimpiya Günü” münasibətilə Olimpiya Mərkəzində keçirilən mərasimdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova, qurumun baş katibi Azər Əliyev, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, olimpiyaçılar, gənc idmançılar iştirak ediblər.

Çingiz Hüseynzadə deyib ki, bu ilin iyun ayı mühüm idman yarışları ilə zəngin olub. Avropa Yeniyetmələrinin Olimpiya Festivalı, Avropa Oyunları və MDB Oyunları həmin vaxtda təşkil edilib. Bu səbəbdən, Beynəlxalq Olim­piya Komitəsinin razılığı ilə “Olimpiya günü” tədbirini bu günə təyin ediblər. Ölkəmizdə idmanın yüksəlişi, olimpi­ya hərəkatının inkişafı çox sürətli və uğurludur.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 1997-ci ildə MOK-un rəhbəri seçiləndən sonra ölkədə Olimpiya hərəkatı genişlənib. İdman sahəsində sürətli inkişaf nəti­cəsində atletlərimiz Olimpiya Oyunla­rında, dünya və Avropa çempionatla­rında böyük nailiyyətlər əldə ediblər. 

Elm və Təhsil nazirinin müavini Fi­rudin Qurbanov bildirib ki, Azərbaycan ilk dəfə Olimpiya Oyunlarında iştirak edəndə cəmi bir qızıl medal qazanıl­mışdı. Lakin illər keçdikcə nailiyyətləri­miz artmağa başladı. Olimpiya Oyunla­rında idmançılarımızın parlaq çıxışları ölkəmizi dünyada tanıdır.

Sonra Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) məktəblilə­rinin iştirakı ilə əyləncəli idman yarışı keçirilib. 

Qaliblər kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Leyla QURBANOVA
XQ

İdman