80 yaşlı “gənc” qarmon ifaçısı

post-img

Ölkəmizdə qarmon sənətində böyük nailiyyətlərə imza atan sənətkarlardan biri də Zakir Mirzəyevdir. Virtuoz ifaçının Azərbaycan Radiosunun Qızıl fonduna daxil olmuş 100-ə qədər musiqi, rəqs nümunələri var. 

Bir sıra tanınmış melodiyaların bəstəkarı olan Zakir Mirzəyevin Bey­nəlxalq Muğam Mərkəzində 80 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Gecədə Xalq artisti, bəstəkar Siya­vuş Kərimi, Xalq artisti, Şöhrət ordenli bəstəkar Tofiq Bakıxanov və yubilya­rın digər sənət dostları onun haqqında yüksək fikirlər söylədilər, xatirələrini bö­lüşdülər. 

Bakı Elm-Təhsil Mərkəzinin direk­toru, professor Fərahim Sadıqov Zakir Mirzəyevi təkcə ustad qarmon ifaçı­sı deyil, həm də pedaqoji fəaliyyətlə məşğul olan müəllim kimi xarakterizə etdi: “Zakir, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə musiqinin predmetini araşdırıb, eksperimentlər aparıb. Onun araşdırmaları bu gün də tələbələri tərə­findən öyrənilir”. 

Sonra, yubilyara Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış qızıl imza nişanı hədiyyə olundu və Azərbaycan Respublikası Elm-Təhsil Mərkəzinin profesoru fəxri diplomu verildi. 

Tədbir çərçivəsində Xalq artisti Ən­vər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının təqdimatın­da yubilyarın “Gülşəni”, “İlhamı”, “Za­kirsayağı”, “Rast təsnifi”, “Dostluqda nümunə İlqarağa” adlı kompozisiyaları səsləndirildi. 80 yaşlı qarmon ustasının öz ifasında da şən, oynaq melodiyalar dinlənildi. Xalq artistləri Teyyub Asla­nov, Eyyub Yaqubov, Gülyanaq Məm­mədova da öz çıxışları ilə məclisə rəng qatdılar. 

Onu uzun illərdir nağarada müşa­yiət edən nağara ifaçısı, ritm sənətinin ustası Elşən Qasımov XQ-yə Zakir Mir­zəyevlə bağlı xatirələrini danışdı:

– Zakir müəllimlə 1983-cü ildən ta­nışam. O, dəvət olunduğu bütün məc­lislərdə, toylarda dinləyiciləri tərəfindən alqışa layiq görülüb, böyük rəğbətlə qarşılanıb. Dostuma yeni-yeni uğurlar arzulayıram. 

Sonda yubilyarın da ad günü ilə bağlı təəsuratlarını öyrəndik:

– Bu yaşımda da özümü çox güm­rah hiss edirəm. Artıq neçənci dəfədir ki, yubiley gecəm belə böyük təmtəraq­la təşkil olunur. Buna görə bütün təşki­latçılara, məni sevib gələnlərə minnət­darlığımı bildirirəm. 

Fidan SALMANOVA
XQ

Mədəniyyət