Samux Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim edilib

post-img

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Firdovsi Şahmirzə oğlu Əliyev oktyabrın 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb. 

F.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.

XQ

Son xəbərlər