MN: Qarabağ bölgəsində aşkarlanan sursatların bir hissəsi 2021-ci ildə istehsal edilib

post-img

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkarlanan "TOS-1A" odsaçan sistemin raketlərindən bir hissəsinin 2021-ci ildə istehsal olunduğu müəyyənləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, bundan başqa, bölgə­də aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket komplekslərinin idarə olu­nan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan bir­başa, bəzilərinin isə üçüncü dövlət va­sitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.

Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azər­baycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur.

Son xəbərlər