Avarçəkənimizin dünya gümüşü

post-img

Azərbaycan idmançısı Diana Dımçenko İta­liyanın Barletta şəhərində keçirilən sahil avar­çəkməsi üzrə dünya çempionatında uğurla çıxış edib. 

Millimizin üzvü 4 min metr məsafəni 20:11.72 dəqiqəyə qət edərək təsnifat mərhələsində finişə hamıdan əvvəl ça­tıb. O təsnifat mər­hələsində ikinci olan Finlandiya təmsilçisi Eva Karppineni 10 saniyə qabaqlayaraq (20:21.43). A finalına vəsiqə əldə edib. 

Final mərhələsində idmançılar 6 min metr məsafə üzrə güclərini sınayıblar. Diana Dımçenko həlledi­ci mərhələdə məsafəni 32:20.94 dəqiqə ərzində qət edib. Bununla da idmançımız fransalı Cessika Berranı (32:33.92) 13 saniyə fərqlə qabaqlayaraq dünya çem­pionatının gümüş medalını alıb. O, yalnız irlandiyalı Monika Dukarskadan (32:09.17) geri qalıb.

Qeyd edək ki, Diana Dımçenko 2022-ci ildə Uels­də təşkil olunan sahil avarçəkməsi üzrə dünya çempi­onatında da 2-ci olub. 

Leyla SABİRQIZI
XQ

İdman