Beynəlxalq turnirdə qızıl mükafat

post-img

Almaniyanın Troysdorf şəhərində atçılıq üzrə beynəlxalq turnir keçirilib. 

Yarışda Azərbayca­nı Aqata Zəhrabəyova təmsil edib. Millimizin üzvü atçılıq idmanının dresaj növündə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 

Qeyd edək ki, A. Zəhrabəyova turnirdə “Rm Golden Showmen” atı ilə çıxış edib.

Leyla SABİRQIZI
XQ

İdman