Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal əldə edib

post-img

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çinin Tayyuan şəhərində keçirilən Qran-Pridə qızıl medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, idmançı 80 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün rəqiblərinə qalib gələn Ə.Abuzərli yarışda Azərbaycan Himnini səsləndirib.

İdman