Samboçularımızın 4 Bişkek medalı

post-img

Qırğızıstanın Bişkek şəhərində sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyi start götürüb. Yarışda iştirak edən Azərbaycan komandası 4 medal qazanıb. 

Gənclərdən ibarət yığmamızın üzvü Sahib Babayev (58 kq) yal­nız həlledici mərhələdə uduzaraq gümüş mü­kafata sahib olub. Ye­niyetmələrin yarışında isə təmsilçilərimiz Nicat Sultanov (71 kq) ikinci, Ziyəddin Zeynallı (53 kq), Sulhan Süleymanlı (79 kq) üçüncü yerləri tutublar. 

Samboçular milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın baş məşqçisi Bəxtiyar Hacıyevin rəhbərliyi altında ölkəmizi təmsil edirlər.

Oktyabrın 6-da start götürən yarış ayın 9-dək davam edəcək.

Leyla SABİRQIZI 
XQ

İdman